Hemoqlobin elektroforez

Hemoqlobin elektroforez

Ümumi: Hemoqlobin HbA2, HbF (fetal hemoqlobin) HbS (oraqvari hüceyrə hemoqlobini) yarımqruplarına bölünür.

Göstəriş: Anemiya, hemoqlobinopatiyanın müəyyən edilməsi

Material: 2 ml EDTA-lı qan

Vahid: %

Norma: 

HbA2: 

böyüklər: 1,3-3,5

yenidoğulmuşlar: <0,5

HbF:  

böyüklər: <2,0

5 yaşından kiçik uşaqlar: <5,0

Yenidoğulmuşlar: <80 (hər həftə təxminən 5% azalır)

HbS:   neqativ

Şərh: 

HbA2 artır :  molekulyar bioloji müayinə ilə dəqiqliklə β-talamessemiyanın (göstəricilərin ikiqat artımı) aşkar edilməsi tövsiyə edilir. Bax Talasemiya

HbA2 azalır :  yalnız molekulyar bioloji müayinə ilə α-talassemiya (eritrositlərin orta həcmi (MCV) azalır) əlamətlərinin aşkar edilməsi. Bax Talasemiya

HbF artır:  sferositoz, kəskin mieloid leykomiya (AML), xroniki mieloid leykomiya (CML), mieloftiz anemiya, müalicə olunmayan bədxassəli anemiya

HbS artır:  oraqvari hüceyrə anemiyası Bax: Oraqvari hüceyrə anemiyası, genetik test


873 dəfə oxunub