Qarın boşluğunda maye
Səbəbləri

Qarın boşluğunda maye toplanmasının əsas səbəbləri aşağıda göstərilmişdir:

Peritonit
  - Bakterial mənşəli peritonitlər
  - Vərəm mənşəli peritonitlər

Portal hipertenziya
  - İntrahepatik - qaraciyər daxili blok – məsələn, qaraciyər şişləri, sirroz, xroniki hepatitlər və s.
  - Prehepatik blok – qaraciyər önu blok – məsələn, qapı venasının trombozu, dalaq venasının trombozu, Qapı venasının sıxılması (pankreas, mədə və ya öd kisəsi şişi tərəfindən)
  - Posthepatik blok – qaraciyər sonrası blok – məsələn, Badd-Kiari-Sindromu, aşağı boş venanın trombozu
Ürək və perikard xəstəlikləri – məsələn, sağ ürək çatışmamazlığı, perikardit
Hipoproteinemiya – qanda zülalın azalması- məsələn, nefrotik sindrom
Bədxassəli şişlər – məsələn, periton karsinozu
Dıgər səbəblər
  - Mədəaltı vəzinin sisti
  - Pankreatitlər
  - Meigs Sindromu (xoş xassəli yumurtalıq şişləri)
  - Travma

Müayinə Planı

Assiti olan xəstələrə həkim aşağıdakı müayinələri təklif edə bilər:
  - Qarının ultrasəs müayinəsi
  - Rentgen
  - Qanın ümumi analizi
  - Qanın laxtalanmas qabiliyyəti
  - Qanın biokimyəvi analizı (Bilirubin və qalıq azot daxil olmaqla)
  - Qanın seroloji müayinəsi (xərçəng markerləri də daxil olmaqla)
  - Assitik mayenin sitoloji və hematoloji müayinəsi
Yuxarıda göstərilən müayinələr tam diaqnoz üçün yetərsiz olarsa digər müayinələr də təklif edilə bilər:
  - Kompüter Tomoqrafiyası
  - Ginekoloji müayinələr
  - Endoskopiya



9979 dəfə oxunub