Yalnız xüsusi şərtlər altında apnoe zamanı bədənin oksigenlə təminatını idarə etmək olar. Bunlara hiperbarik oksigenasiya, hipotermiya, ekstrakorporal membran oksigenasiyası kimi metodları aid etmək olar. Səbəbləri
1.Tənəffüs yollarının mexaniki səbəbdən tutulması
- Dilin geriyə qatlanması
- Tənəffüs yollarının yad cisimlərlə tutulması
- Tənəffüs yollarının qan və seliklə tutulması
- Qirtlağın ödemi,
- Qırtlağın spazmı,
- tənəffüs yollarının şişi
2.Ürək fəaliyyətinin dayanması
3.Baş beyində tənəffüs mərkəzlərinin iflici
- İntoksikasiya
- Baş beyinin və ya onurğa beyinin xəstəliyi və ya zədələnməsi
- Pnevmotoraks
- Döş qəfəsinin travması
- Ağciyər ödemi
- Asfiksiya
- Şok
4.Yuxu pozğunluğu sindromu
Ümumi rast gəlinən əlamətləri:
- Sianoz, üzün göyərməsi
- Göz bəbəyinin genişlənməsi
- Daha sonra ürək fəaliyyətinin dayanması əlamətləri qoşulur