Nevrotik Anoreksiya

İnkişaf etmiş ölkələrdə rastgəlmə tezliyi qadınlar arasında 0,3-1%, kişilər arasında 0,1%-dir. Psixratrik xəstəliklər arasında ən çox ölüm göstəricisi nevrotik anoreksiyanın payına düşür və müxtəlif mənbələrin məlumatına əsasən 8-15% təşkil edir.

Xəstəliyə tutulmuş insanların 50% asanlıqla müalicəyə tabe olur. Amma  bir çox hallarda bədəndə müalicəyə qarşı ciddi rezistentlik yaranır.

Gedişi

Nevrotik anoreksiyalar zamanı qidalanmanın azlığı bədən daxilində maddələr mübadiləsinin pozğunluğuna, daxili orqanların və sistemlərin patoloji dəyişikliklərinə gətirib çıxarır.  Neyroendokrin pozğunluqlar xüsusi qeyd olunmalıdır. Bu hallarda cinsi yetkinliyin gecikməsi, ovulyasiyanın olmaması, menustrial tsiklin dayanması (amenorreya), esterogenlərin azalması, antidiuretik hormonların azalması, hipotermiya baş verir. Xəstəliyə tutulmuş oğlanlarda isə hipogonadism əmələ gələ bilir ki, bu da cinsi yetkinliyi gecikdirir. Nevrotik anoreksiyalı gənc xanimları spesifik xarakterləri də qeyd edilir. Onlar kamilliyə mayilli olurlar, akademik uğurlar qazanırlar, əks cincə az maraq göstərirlər, aclığa qarşı dözümləri ilə öyünürlər. Bununla yanaşı, nevtotik anoreksiyalı xanımlarda inkişaf qüsurları, özünəqapanma, aşırı həssalıq olur.   

Əlamətləri

Nevrotik anereksiyalarda aşağıdakı somatik əlamətlərin bir neçəsi birlikdə rast gəlinir:
  - İfrat arıqlama
  - Zərif xarici görünüş
  - Zəiflik və yoğunluq hissi
  - Arabir başgicəllənmə
  - Saçların zəif, sınan olması və tökülməsi
  - Qəbzlik
  - Menustrasiyanın olmaması
  - Kövrək dirnaqlar
  - Bədən dərisinin yumşaq tüklə örtülməsi
  - Dərinin quru olması
  - Soyuğa dözümsüzlük
  - Qeyi-requlyar ürək döyüntüləri
  - Qanın ümumi analizində anormallıq
  - Arterial təzyiqin aşağı olması
  - Dehidratasiya
  - Osteoparoz
Somatik əlamətlərlə yanaşı bəzi emosinal və davranış əlamətləri də qeyd olunur:
  - Yeməkdə imtina
  - Aclığın inkar edilməsi
  - İfrat bədən tərbiyəsi
  - Əhval rühiyyənin aşağı olması
  - Emosiyanın olmaması
  - Fikrin dağınıqlığı
  - Qida məsələlərinə ifrat diqqətcillik  

Ağırlaşmaları

Nevrotik anoreksiya bir çox orqan və sistemlərdə ciddi pozğunluqlar yaradırlar. Bunları aşağıdakı kimi təsnif etmək olar və bu barədə həkiminzlə məsləhətləşin:

1.    Ürək-damar fəsadları:
  - Ürəyin mirtal qapağının prolapsı
  - Qulaqcıq disritmiyaları
  - Bradikardiya
  - Ortostatik hipoteziya
  - Ürək çatışmazlığı
2.    Böyrək fəsadları:
  - Qlomerulyar Filtrasiyanın azalması
  - Ödem
  - Asidoz
  - Hipokalemiya
  - Hipoxloremiya
  - Hiperaldesteronizm
3.    Mədə-bağırsaq fəsadları:
  - Qəbzlik
  - Mədə boşalmasının gecikməsi
  - Mədənin genişlənməsi və cırılması
  - Ezofagit
  - Melory-Weiss sindromu
  - Süni qusma yaradan xəstələrdə diş, damaq problemləri yaranır.

Həkimə nə zaman müraciət etməli

Əgər özünüzdə və  ya sizə yaxın olan bir insanda yuxarıda sadalanan əlamətləri hiss edirsinizə həkimə müraciət məqsədəuyğundur. Xüsusilə də aşağıdakı hallarda “həyacan təbili” çalmaq vacibdir:
  - Yeməkdən qaçma
  - Yalnız bəzi “sağlam” hesab edilən qidanı yemək
  - Çeynədikdən sonra yeməyi atmaq
  - Yeməkdən əvvəl yeməyi çəkmək
  - Tez-tez öz çəkisini yoxlamaq
  - Güzgüdə oz bədən quruluşuna tez-tez baxmaq
  - Kök olması barədə çox şikayətlənməsi
Xəstəliyin inkişaf səviyyəsindən aslı olaraq xəstəyə bir neçə müalicə üsulu təklif edilə bilər. Əgər xəstəlik çox ağırdırsa xəstəyə xəstəxana şəraitində intensiv terapiya bölməsində müalicə aparılmalıdır. Bu hallarda dərin dehidratasiya, elektrolit balansının pozulması və ya psixatrik problelər aid edilə bilər.

Nevrotik anoreksiyaların müalicəsində adətən bir neçə sahədə mütəxəssislər, məsələn, psixoterapevt, dietoloq, terapevt və ya reanimatoloq cəlb edilə bilər.

Yüngül hallarda həkimin məsləhəti ilə lazim olan tədbirlər ev şəraitində edilir və zaman-zaman kontrol müayinədən keçmək vacibdir. Psixoterapiyada ailə və dostların yaxından  iştirak etməsi məqsədəuyğundur. Anoreksiyanın müalicəsində hər hansı spesifik bir dərman maddəsi yoxdur. Əlamətlərdən aslı olaraq müalicə zamanı fərqli dərmanlar istifadə edilə bilər.

Anoreksiyanın müalicəsində ən ciddi problemlərdən biri xəstənin özünün buna ehtiyacın olmamasına inanmasıdır. Öz vəziyyətlərini onlar xəstəlik kimi qiymətləndirmirlər və bunun fərqli bir yaşayış üslubu olmasına inanırlar. Bəzən anoreksiya insanların həyatı boyu mübarizə apardıqları bir xəstəlik olur. Bəzən xəstəliyin dinamikasında enişlər və yenidən qalxışlar qeyd olunur. Məsələn, hamiləlik öncəsi qidalanma normallaşa və həmiləlikdən sonra yenidən pisləşə bilər.  

Qəribədir ki, alimlər eyni yumurtadan olan eksizlərin hər ikisində oxşar problemlərin olmasını, amma fərqli yumurtadan olan ekizlərin isə birində anoreksiya varsa digərində olmaya bilir. Odur ki, bir çox alimlər nevrotik anoreksiyası olan insanlarda buna genetik meyilliliyin olması iddiasını irəli sürürlər.


930 dəfə oxunub