Miqren

Bəzi hallarda miqren tipli baş ağrıları aura adlanan hallardan sonra meydana çıxır. Bunlara göz qarşısında qara nöqtələrin üçüşması, işiq saçması kimi halları misal gətirmək olar.

Miqrenin tam  müalicəsi olmasa da ağrıların qarşısının alınması üçün uğurla tətbiq edilən dərman maddələri mövcuddur.

Miqrenin əlamətləri

Miqren tutmaları zamanı aşağıda verilən əlamətlərin hamısı və ya onlardan bir neçəsi rast gəlinir:
  - Mülayimdən kəskinə qədər ola bilən və başın bir yarısını tutan ağrılar
  - Döyüntülərlə xarakterizə edilən baş ağrıları  
  - Fiziki hərəkət zamanı ağrıların daha da kəskinləşməsi
  - Ürəbulanma
  - Qusma
  - İşığa və səsə qarşı həssalıq  

Əgər müalicə edilmirsə miqren 4 saatdan 72 saata qədər davam edə bilir. Baş ağrılarının tutma tezliyi insandan-insana fərqli ola bilir. Bəzən miqren tutmaları bir ayda bir neçə dəfə, bəzənsə iki ildə bir dəfə olur.

Bütün miqren halları oxşar gedişə malik deyil. Əksər hallarda miqren aursız baş verir ki, bunu da adi miqren adlandırırlar. Aura ilə baş verən miqren isə klassik miqren adlandırılır. Bu zaman tutmadan 15-30 dəqiqə öncə bu və ya digər aura başlayır. Auralar baş ağrısı zamanıda davam edə bilər. Adətən aşağıdakı auralar qeyd edilir:
  - Göz qarşısında qığılcımlar
  - Göz önündə yavaş-yavaş yayılan ləkələr
  - Ovuc və ya pəncədə iyə batırılmasını xatırladan hisslər
  - Bəzən dil və ya danışıq problemləri

Səbəblər

Miqren baş ağrılarının səbəbi indiyə qədər elmə məlum deyil. Amma bəzi alimlr belə hesab edirlər ki,  miqrenin səbəbi əsas ağrı yolu hesab edilən trigeminal sinir sistemində baş verən funksional dəyişikliklərdir.  

Miqrenə təkan verən faktorlar

  - Hormonal dəyişiklik. Hormonlar və baş ağrısı arasında dəqiq əlaqə məlum olmasa da müəyyən edilib ki, esterogen səviyyəsində baş verən dəyişikliklər miqreni olan qadınlarda tutmanın baş verməsinə səbəb olur. Miqren tutmaları qadınlarda əsasən menustrasiya önu və ya menustrasiya zamanı baş verir. Bəzi qadınlarda miqren tutmaları hamiləlik və ya menopauza dövründə tezləşir. Hormonal dərmanların qəbulu da miqren tutmalarını tezləşdirir.
  - Qida. Bəzi qida növləri miqrenli xəstələrdə tutmalarını tezləşdirir. Bunlara spirtli içkilər (xüsusilə pivə və qırmızı şərab); çox saxlanmış pendirlər; şokalad; qıcqırmış qidalar;  kofein; bir çox konservləşmiş qidalar. Ac qalma da baş ağrı tutmalarını artıra bilər.
  - Stres. Ağır həftə və ya istirahətdən sonrakı ilk həftənin sonunda miqren tutmaları baş verə bilər.
  - Sensor qıcıqlar. Güclü işıq və gün şüaları baş ağrıları törədə bilər. Həm xoş, həm də qeyri-xoş iyilər miqren tutmalarını artıra bilər.
  - Yuxu rejiminin pozulması. Həm uzun müddət yatma, həm də yuxusuzluq miqren tutmalarını yeniləyə bilər.
  - Fiziki faktorlar. İntensiv fiziki fəaliyyət, cinsi aktivlik miqren tutmalarını təhrik edə bilər.
  - Ətraf mühit. Havanın, fəsil və ya barometrik təzyiqin, eləcə də zaman zonasının dəyişməsi miqren tutmalarına təkan verə bilər.
  - Dərmanlar. Bəzi dərmanlar miqren tutmalarını artıra bilər.

Həkimə nə zaman müraciət etməli?


Miqren xronki patologiya olub çox zaman diaqnoz qoyulmadan və müalicə edilmədən qalır. Yuxarıda sadalanan əlamətləri olanlar həkimə müraciət etməli və lazımi tövsiyyələr almalıdırlar.  Aşağıdakı hallarda  dərhal həkimə müraciət etmək lazımdır:
  - Qəfləti başlayan kəskin baş ağrıları
  - Huşsuzluqla müşayət olunan baş ağrıları
  - Yaddaşın zəifləməsi ilə müşayət olunan baş ağrıları
  - Hərarətin yüksəlməsi ilə müşayət olunan baş ağrıları
  - Ətraflarda iflicin yaranması ilə müşayət olunan baş ağrıları
  - Ürəkbulanma ilə müşayət olunan baş ağrıları
  - 50 yaşından sonra meydana çıxan baş ağrıları


1208 dəfə oxunub