Qaşınma

 Səbəblər

  - Həşarat sancmaları
  - Quru dəri
  - Bəzi sabun növləri, kimyəvi maddələr  və ya bəzi paltar növləri
  - Səpgilər
  - Uşaq infesiyaları (qızılca)
  - Dərman və ya qidanın törətdiyi allergiya
  - Səthi dəri infeksiyaları
  - Atopik dermatit
  - Hamiləlik
  - Hepatitlər
  - Öd yollarının obstruksiyaları (tutulması)
  - Böyrək xəstəlikləri
  - Dəmir defisitli anemiya
  - Parazitlər (bij qurd)
  - Psoryaz
  - Seborrik dermatit
  - Bəzi dərmanlar (penisillin, sulfonamidlər, isoniazid və s.)

Həkimə nə zaman müraciət etməli?

Həkimə müraciət etmədən öncə qaşınmanın xarakteri, nə zaman başlamasl, rast gəlmə tezliyi, yeri, nə ilə bağlı olması, nədən sonra itməsi, hal-hazırda qəbul etdiyiniz dərmanların siyahısı kimi sualları cavablandırmağa çalışın. Bununla siz həkimlə olacaq görüşdən daha səmərəli istifadə etmiş olarsınız.

Qaşınma şikayətləriniz olarsa allerqoloq (allergiya üzrə mütəxəssis) və ya dermatoloqa (dəri dəkimi) müraciət etməniz tövsiyyə olunur. Əgər allergiya və ya dəri problemləri qeyd edilməzsə siz onlar tərəfindən uyğun mütəxəssisə yönləndiriləcəksiniz.
Əgər qaşınma xroniki deyilsə və qarında ağrı, sarılıqla birgə meydana çıxıbsa birbaşa qastroenteroloqa (mədə-bağırsaq həkimi) müraciət etmək olar. Bu hallar qaraciyər xəstəlikləri və ya öd yollarının obstruksiyası səbəbindən törənə bilər. 


928 dəfə oxunub