Rəngsiz Nəcis

Normada nəcis qaraciyərdə sintez edilən öd turşularının iştirakı ilə qəhvəyi rəngdə olur.  Nəcisin rənglənməməsi ödün bağırsaqlara nəqlində problemin olmasının göstəricisidir.  Adətən nəcisin rənglənməməsi dəri və görünən selikli qişaların sarı   və sidiyin isə tünd rəngdə olması  ilə müşayət olunur. 

Səbəblər

Nəcisin rənglənməməsinin əsas səbəbi öd yollarında bu və ya digər xarakterli tıxanmanın olmasıdır. Öd yollarının tıxanması aşağıdakı xəstəliklər zamanı müşahidə edilə bilər:   

  - Ümumi öd axarının xərçəngi və ya xoşxassəli şişi 

  - Ümumi öd  axarının strikturası (daralması)

  - Ümumi öd axarında daş 

  - Öd yollarının anadangəlmə daralması 

  - Sklerozlaşan xolangit 

  - Qaraciyər  sirrozu 

  - Virus hepatitləri (A,B,C)

  - Mədəaltı vəzi başının bəd və ya xoşxassəli şişi 

  - 12 barmaq bağırsağın törəməsi 

Həkimə nə zaman müraciət etməli?

Əgər nəcisin rəngində öz adi qəhvəyi rəngindən fərq hiss edirsinizsə mütləq həkimə müraciət edin. Yaxşı olar ki, bir başa qastroenteroloq, yəni, mədə-bağırsaq həkimi ilə məsləhətləşəsiniz. Həkiminiz sizinlə söhbət etdikdən sonra nəcisin rəngində baş verən dəyişikliyin səbəbini  təyin etmək məqsədilə bəzi müayinələr təklif edəcəkdir. Bu müayinələrə aşağıdakıların hamısı və ya bir neçəsi aid edilə bilər: 

  - Qanın ümumi analizi 

  - Qanın biokimyəvi analizi (Bilirubin və fraksiyaları, ALT, AST, QF)

  - Qanda Hepatit viruslarının təyini (əsasən, HCV və HBV)

  - Onkomarkerlər (CEA, CA 19-9 və ya CA-72-4)

  - Qarın boşluğunun Ultrasəs Müayinəsi 

  - Endoskopik müayinə (ERCP daxil olmaqla) 

  - Kompüter Tomoqrafiyası 

 Həkiminiz diaqnozun tam qoyulması və differensiasiyası məqsədilə digər müayinələr də təklif edə bilər.


2156 dəfə oxunub