Susama hissinin itməsi

Susama hissi bədənin suya ehtiyacı olarkən yaranır və suyun qəbul edilməsi istəyini (tələbini) yaradır. Bu hiss normal fizioloji hissdir. Susama hissi gün ərzində hər bir insanda dəfələrlə yaranır və su qəbulunu təmin edir. Susama hissi hava şəraitindən, fiziki aktivlikdən, qidalanmadan aslı olaraq az və ya çox ola bilər. Amma bəzi hallarda bədənin suya ehtiyacı olsa da susama və su içmə istəyi olmur. Bu narahatçılıq yaradan bir faktor olmalıdır.

Səbəbləri

  - Hipotolamusun zədələnməsi

  - Hipotolamusun şişi

  - Kəllə-beyin travması

  - İnsult

  - Bronx şişi

  - Sirroz

Həkimə nə zaman müraciət etməli? 

Bədənin suya ehtiyacının olmasına baxmayaraq su qəbul etmə istəyinin azalması və olmaması həkimə müraciət etmə üçün əsas olmalıdır. Daha yaxşı olar ki, nevropatoloqla məsləhətləşmə aparılsın.


732 dəfə oxunub