Daşsız xolesistit

5-10% hallarda kəskin xolesistitə görə aparılmış cərrahi əməliyyat zamanı öd kisəsində daşın olmaması müəyyən olunur. Bu halların 50%-ində kəskin xolesistitin əsasında duran faktorun nə olmasını təyin etmək olmur. Daşsız xolesistitin əmələ gəlməsində aşağıdakı risk faktorları müəyyən olunur: ciddi travmanın və ya yanığın keçirilməsi; doğuşdan sonrakı dövr; ortopedik və digər öd yollarına aid olmayan böyük əməliyyatlardan sonrakı dövr.  

Bəzi hallarda öd kisəsində çöküntünün olması kəskin xolesistitin səbəbi ola bilər. Digər mümkün səbəblər arasında vaskulitlər, öd kisəsini qapayan öd kisəsi adenokarsinoması, şəkərli diabet, öd kisəsinin burulması, öd kisəsinin “qeyri-adi” inkesiyaları (məsələn, Leptospira, Streptococcus, Salmonella və ya VibrioCholera) və ya parazit invaziyaları qeyd oluna bilər. Daşsız xolesistit müxtəlif fərqli system xəstəlikləri (sarkoidoz, ürək-damar xəstəlikləri, vərəm, sifilis, aktinomikoz və s.) zamanı da rast gəlinə bilər.

Daşsız xolesistitlərin əlamətləri daşlı xolesistitlərin əlamətlərinə oxşar olur.

Daşsız xolesistitlərin ağırlaşmaları daşlı xolesistitlərin ağırlaşmalarından çox və ciddi olur.

Kəskin daşsız xolesistitlərin uğurlu müalicəsi diaqnozun zamanında qoyulmasından və erkən cərrahi müdaxilənin aparılmasından aslıdır.


1179 dəfə oxunub