Qastrit nədir?

Səbəbləri

  - Bakterial infeksiya. Təsqid edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qatritin əmələ gəlməsində böyük rolu var
  - Qeyri-sterioid dərmanların (aspirin, ibuprofen və s.) uzunmüddətli qəbulu
  - Həddən ziyadə alkoqol qəbulu
  - Siqaret çəkmə
  - Stress
  - Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması
  - Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərərək onun iltihabını törədir
  - Travmatik zədələnmə
  - İsti qida və ya içki ilə yanma
  - Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər

Əlamətlər

  - Epqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort
  - İştihanın azalması və ya itməsi
  - Gəyirmə
  - Ürəkbulanma
  - Qusma
  - Hərarət
  - Yuxululuq
  - Qanqusma

Diaqnoz necə qoyulur?

  - Mədənin Rentgen müayinəsi selikli qişada zədənmənin olub-olmamasını üzə çıxarir
  - Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir
  - Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi.
Ağırlaşmaları
  - Qastrit müalicə olunmazsa mədə xorasına gətirib çıxara bilər
  - Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.

Müalicəsi

Qastritin müalicəsinin əsas prinsipi qıcıqlandırıcı və zədələyici faktorların aradan qaldırılmasdır:
  - Helicobacter pylori  infeksiyasını aradan qaldırmaq üçün iki antibiotikin və proton nasosu inhibitoru adlanan dərmanlar birgə təyin edilir
  - Antiasidlər (Almagel, Maaloks və s.) mədənin turşuluğunu neytrallaşdırır və onun zədələyici təsirini azaldır
  - Turşu blokatorları adlanan dərmanlar həkiminiz tərəfindən təyin edilə bilər. Bunlara Cimetidine, Ranitidine, Nizatidine, Famotidine kimi dərmanlar aid edilir.  
  - Proton Nasosu İnhibitorları mədənin turşu ifrazını etibarlı şıkildə azalda biləcək yeni nəsil dərmanlardır. Bunlara Omeprazole, Lansoprazol, Rabeprazole kimi dərmanlar aid edilir
  - Dərman müalicəsindən əlavə mədəni zədələyə biləcək faktorlardan – alkoqol qəbulundan, siqaret çəkmədən, stresdən, çox isti qidalar və içkilərdən çəkinmək lazımdır.
  - Qastritdən əziyyət çəkən insanlar çox yağlı, istiotlu yeməklərdən qaçmaları məsləhət görülür




 


1210 dəfə oxunub