Bronxial Astma

Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişasi şişkinləşir. Bu bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa təhlükəli ola bilər.

Həssas insanlarda allergiya törədən maddələrlə nəfəs alma xəstəliyin başlamasına start verə bilər. Bunlara heyvan xəzi, gənə, tarakan allergenləri, bitki tozları, plastik tozlar daxildir.  Eyni zamanda respirator infeksiyaları, soyuq hava, siqaret çəkmə, stress, qida və dərman allergenləri da buna səbəb ola bilər. Bəzi xəstələrdə aspirin və digər qeyri steroid tipli iltihab əleyhinə olan preparatlar astmanı provokasiya edə bilər.

Əlamətlər

  - xırıltılar
  - qəfil başlanır
  - epizodik olur
  - gecə və ya səhər erkən daha güclü ola bilər
  - soyuq havadan, refluksdan güclənə bilər
  - öz-özünə keçə bilər
  - bronxodilatatorlarla müalicə olunur
  - Fiziki yüklənmə nəticəsində kəskinləşən tənəffüs qısalığı
  - Qabirğaarası dərinin tənəffüs zamanı dartılması

Təcili yardım simptomları:
  - Tənəffüsün çətinləşməsi
  - Üz və dodaqların göyərməsi
  - Həyacan və tənəffüsün qısalması
  - Sürətli nəbz
  - Tərləmə
  - Astma tutmaları zamanı xəstələrdə əmələ gələn çaşqınlıq

Əlavə simptomlar:
  - Burun pərlərinin genişlənməsi
  - Döş qəfəsində ağrı və gərginlik
  - Qeyri normal tənəffüs-Nəfəsvermə nəfəsalmadan iki dəfə uzundur
  - Nəfəsalma müvəqqəti dayanır

Müayinə:

Allergik testlərin aparılması allergenləri tapmağa kömək edə bilər. Ümumi allergenlər heyvan xəzi, gənə, tarakan məhsulları, ev tozu, bitki və plastic tozlar allergenləridir. Ümumi tənəffüs yolları qıcıqlandırıcıları siqaret tüstüsü, ağac yanmasından və qazların yanmasından əmələ gələn tüstülərdir.
Həkim ağciyərlərə qulaq asmaq üçün stetoskop istifadə edir. Xəstənin astması varsa uyğun səslər eşidiləcək. Lakin astma tutmaları arası ağciyərlər üzərində normal tənəffüs eşidilir.

Əlavə olan testlər:

  - Ağciyər funksiyasını yoxlamaq üçün testlər
  - Nəfəsvermə zamanı tənəffüs həcminin ölçülməsi
  - Döş qəfəsinin rentgeni
  - Qan analizləri (eozinofillərin sayılması ilə)
  - Arterial qanda qazların təyini

Müalicə

Müalicə əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaqdan və tənəffüs yollarının iltihabından qaçmaqdan ibarətdir.
Müalicə üçün əsas 2 dərman növləri var:
Uzun müddətli dərmanlar profilaktikası üçün istifadə olunur, onlar aşağıdakılardır:
  - İltihabın qarşısını alan steroidlər ( Azmacort, Vanceril, AeroBid, Flovent)
  - Leykotrien inhibitorları (Singulair və Accolate)
  - Anti-IgE terapiyası (Xolair)
  - Uzun müddətli bronxodilatatorlar (Serevent)
  - Xromolin sodium (Intal) və ya nedocromil sodium
  - Aminofillin və ya teofillin
Bəzən steroid və bronxodilatatorlar birgə işlədilir.
Tutma zamanı sürətli təsir edən dərmanlar:
  - Qısa təsirli bronxodilatatorlar (Proventil, Ventolin, Xopenex).
  - Kortikosteroidlər (prednisone və ya methylprednisolone), ağıza və ya venaya vurulur.

Orta ağırlıqlı astma zamanı qısa təsir müddətli dərmanlardan istifadə olunmalıdır. Ağır formada özünü göstərərsə xəstəlik üçün daimi müalicə tətbiq olunmalıdır. Kəskin formada isə xəstəxana şəraitində müalicə aparılmalıdır.
Peak flow meter (tənəffüs həcmini təyin edir) ağciyər həcmini ölçmək üçün sadə qurğudur, tutmanın başlayacağını simptomlardan əvvəl xəbər verir.
Peak flow meter dərman müalicəsini nə zaman başlamağa ehtiyac olduğunu göstərir.
Peak flow  50-80% arası olarsa bu orta ağırlıqlı xəstəlikdir,  50%-dən aşağı isə kəskin tutmadır.

Proqnoz

Astmanın müalicəsi yoxdur. Düzgün aparılan müalicə simptomların bir müddətdən sonra azalmasına gətirir. Və bir çox xəstələr normal həyat yaşayır.
Ağırlaşmalar:
  - Tənəffüs sisteminin üzülməsi
  - Dərmanların əlavə təsirləri
  - Pnevmotoraks
  - Ölüm

Həkimə nə zaman getməli:

Əgər siz və ya uşağınız astmadan əziyyət çəkirsinizsə həkimə müraciət edin.
Tənəffüs həcmi 50-80%-dirsə və əlamətlər əvvəl yazılmış müalicə ilə azalmırsa təkrar müayinəyə gedin.
Kəskin tənəffüs problemləri, döş qəfəsində ağrı ilə təcili yardıma müraciət edin.

Profilaktika

Allergenlərdən uzaq olmaqla xəstəliyin kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçaları yığışdırmaqla, quş tükündən olan balışları dəyişməklə, tez-tez evləri təmizləməklə etmək olar. Belə insanlar tüklü heyvanlardan da uzaq olmalıdır.
Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır.

Ədəbiyyat:
Guidelines for the Diagnosis and Management of Asthma -- Update on Selected Topics 2002. Bethesda, MD. 2003 June. National Asthma Education and Prevention Program. NIH publications 02-5074.


1086 dəfə oxunub