Larinqoskopiya

Qırtlaq nəfəs borusunun girişində yerləşir. O, əzələlərlə əhatə olunan qığırdaq əsasdan ibarətdir və daxildən selikli qişa ilə örtülmüşdür. Sas büküşlərinin hərəkəti sayəsində bu orqan bizim səsimizin əsas tonunu formalaşdırır.

Qırtlaqda 3 hissə ayırd edili: Səsyarığı üstü – burada qırtlaq girəcəyi və qırtlaq qapağı qığırdağı yerləşir, səs büküşlərinin olduğu səs yarığı nahiyəsi və səs büküşlərindən aşağıda səs yarığı altı nahiyə. Hər üç nahiyə larinqoskopiya ilə müayinə oluna bilər.

Bunun üçün həkim selikli qişada olan dəyişikliklərə və səs büküşlərinin hərəkətinə baxır. Larinqoskopiyanın 4 üsulu ayırd edilir:
  - Güzgü vasitəsilə dolayı larinqoskopiya
  - Lupa ilə Larinqoskopiya
  - Elastik Rino-Farinqo-Larinqoskopiya
  - Birbaşa mikro-larinqoskopiya
Qırtlaq xəstəliklərində əsas simptom xırıltıdır. Səs pozğunluqları ilə yanaşı ağrı, uzun müddət davam edən öskürəyə səbəb olan yığıntı yaxud yad cisim hissiyyatı qırtlaq müayinəsinin aparılmasına göstərişdir.

Larinqoskopiya necə aparılır?

Stomatoloqların alətlərinə bənzəyən Larinqoskop vasitəsilə dolayı larinqoskopiya Qulaq-Burun-Boğaz Xəstəliklərinin əsas müayinə müayinə üsuludur. Xəstə ağzını açır və dilini çıxarır. Həkim ehtiyatla bir əli ilə xəstənin dilini tutur. Digər əli ilə kiçik əyilmiş güzgünü dilin arxasına daxil edir. Qırtlağın şəkli güzgüdə əks olunur.

Lupa ilə Larinqoskopiyada lupa – üzərində işıq mənbəyi və optik sistem olan çeçələ barmaq yoğunluğunda dəmir alət udlağın arxa divarına qədər ağız boşluğuna yeridilir. Bununla həkim qırtlağı müayinə edə bilər. Lupa çox yaxşı görüş sahəsi yaradır və bu həmçinin səs diaqnostikasında (Straboskopiya) da istifadə olunur, belə ki səs büküşlərinin zərif titrəyişləri adi gözlə görünmür.

Rino-farinqo-larinqoskopiyada endoskopun nazik borusu burun-udlaqdan qırtlağa qədər yeridilir. O, xüsusi optik sistemə malikdir və bu həkimə qırtlağa baxmağa imkan verir. Əgər qırtlağın güzgü, yaxud lupa ilə müayinəsi mümkünsüzdürsə elastik-Rinofarinqo-Larinqoskopiya dövrəyə girir.

Birbaşa mikro-larinqoskopiya həm diaqnostik məqsədlə, həm də qırtlaq əməliyyatlarında müalicəvi məqsədlərlə istifadə oluna bilər. Bu, xəstənin narkoz vəziyyətində aparılır, xəstə yatır, baş biraz arxaya əyilmiş olur. Həkim boş metallik borunu qırtlağa qədər, yaxud səs büküşlərinə qədər yeridilir və xüsusi tutucu ilə fiksə olunur. Birləşdirilmiş mikroskop böyüdülmüş vəziyyətdə birbaşa müşahidəyə imkan verir. Xüsusi alətlərlə qırtlaqda əməliyyatlar da aparıla bilər (məs. Polipin çıxarılması, nümunənin götürülməsi, şişlərin çıxarılması).

Larinqoskopiyada hansı risklər var?

Dolayı -, lupa- və Rinofarinqo-larinqoskopiya bir qayda olaraq sadə, zərərsizdir. Yalnız ciddi qıcıqlanma müayinəni çətinləşdirə bilər.  Aerozolların da istifadəsi bunun qarşısını ala bilər.

Birbaşa miko-larinqoskopiya əksər hallarda Qulaq-Burun-Boğaz Xəstəliklərində istifadə olunur. Hər bir müayinə üsulu yaxud əməliyyat kimi o da müəyyən risk daşıyır ki, bunları da həkim əməliyyatdan öncə xəstəyə izah edir.

Xüsusi risk – dişlərin zədələnməsi, dilin hərəkətliliyinin pozulması, udlaq nahiyəsində pozğunluq hissiyyatı, xırıltı, eləcə də çox nadir hallarda şiş səbəbli qısamüddətli tənəffüsün çətinləşməsi

 


994 dəfə oxunub