Rentgen

Rentgen müayinəsi radioloji müayinə üsullarına aiddir, hansı ki, bədən toxumaları (məs, sümük, əzələlər) rüntgen şüaları ilə şüalandırılır. Bunun köməyi ilə həkim daxili orqan və strukturların təsirini əldə edir və onlardakı dəyişiklikləri, məs, sümük sınıqlarını aşkar edə bilir.

Xəstə, bədənin müayinə olunan hissəsindən asılı olaraq rentgen aparatı qaşısında ayaqüstə yaxud uzanmış vəziyyət alır. Bədənin həssas hissələri rentgen şüalanmasında qurğuşun örtüklərlə qorunur.
Xəstə rentgenoqram zamanı hər bir hərəkətdən çəkinməlidir, çünki bu rentgenoqramda həssaslığın pozulmasına səbəb ola bilər.

Rentgenoqram necə meydana gəlir?

Rentgen şüaları bədənə düşür. Bu zaman şüalanan toxumaların sıxlığından asılı olaraq müxtəlif dərəcədə zəifləyir. Sümüklərdə əks olunma əzələ yaxud daxili orqanlara görə nəzərəçarpacaq dərəcədə yüksəkdir. Yəni, sümüklər rentgenoqramda daha yaxşı təsvir olunur və dəyişiklikləri digər orqanlara görə daha yaxşı aşkar etmək mümkündür.

Bədəndən keçən şüa dəstəsi rentgen aparatının qəbuledici hissəsinə düşür. Bu hissə əksər hallarda gücləndirici folqa ilə birlikdə qara rəngli, rentgen şüalarının təsiri ilə rəngini dəyiən plyonkadır. Şüaları tam keçirən toxumalar, məsələn ağciyərlər, adi rentgenoqramda qara rəngdə alınır. Sümüklər əksinə olaraq açıq rəngli görünür, belə ki, rentgen şüaları sümüklərdə yüksək dərəcədə zəifləyir. Həkimlər rentgenoqramın açıq hissələri haqqında “tündləşmə”, tünd hissələri haqqında isə “açıqlaşma” kimi danışırlar.

Hansı rentgenoloji üsullar mövcuddur?

Aşağıdakı rentgenoloji  üsullar tibbdə istifadə olunur:
  - Boş rentgen müayinəsi – buraya Rentgen aparatı ilə kontrast maddə istifadə olunmadan aparılan bütün müayinələr aiddir. Məsələn: sümüklərin, döş qəfəsinin, qarın boşluğunun rentgenoqrafiyası boş müayinələrə aiddir.
  - Rentgen Kontrast müayinə - bu üsulda rentgen şüalarını keçirməyən kontrast maddə istifadə olunur. Bü üsulla oxşar sıxlıqlı qonşu toxumaları rentgenoqramda daha yaxşı fərqləndirmək olur. Kontrast maddə daha çox mədə-bağırsaq traktının, sidik yollarının və damarların (Angioqrafiya) müayinəsində istifadə olunur.
  - Funksional müayinə - bu müayinə də həmçinin çox tez-tez kontrast maddənin istifadəsi ilə aparılır. Bu yolla həkim boşluqlu orqanlarn tamlığı və xüsusiyyətləri haqqında yaxşı məlumat ala bilər.
  - Dəstəkli müayinə - bu rentgenodiaqnostik üsulu daha çox yuxarı topuq zədələnmələrində istifadə olunur. Bu zaman 2 rentgenoqram çəkilir. İlk şəkil oynağın sakitlik vəziyyətində çəkilir. Ikinci şəkil isə bükülmüş vəziyyətdə çəkilir. Bitişmələrin zədələnməsini şəkilləri müqayisə etdikdə aşkar etmək mümkündür.
  - Rentgenoskopiya - normal müayinənin əksinə olaraq burada ayrıca, statik şəkil çəkilmir, dinamik rentgenoqram seriyası çəkilir. Bu üsul daha çox ürək koronar damarlarının təsvirini almaq üçün (Koronarangioqrafiya) ürək zondunu yeritmək və sümük ştiflərini vurmaq üçün istifadə olunur. Bu üsulda şüalanma müvafiq olaraq yüsəkdir və həkim şüalanma vaxtını mümkün qədər məhdudlaşdırmağa çalışır.

Rentgenoloji müayinə hansı riskləri daşıyır?
Bütün rentgenoloji müayinələr üçün ümumi olan bir şey var: onlar müayinə olunan orqanizmin ionlaşdırıcı şüalarla yüklənməsi ilə müşayiət olunur. Lakin bu, müasir texnologiya və radiasion qoruyucu vasitələrin köməyi ilə mümkün qədər azaldılır.
Rentgen şüalarının zərərli təsiri istisna oluna bilməz. Lakin elmi əsaslandırılmış xəstələrin tam təhlükəsiz şüalanmaya məruz qala biləcəyi sərhəd yoxdur.
Hamiləlik zamanı şüalanma xüsusilə doğulacaq körpə üçün təhlükəlidir. Buna görə də, hamiləliyin ilk 3 ayı müddətində (eləcə də artıq menstruasiyanın kəsilməsindən sonra) mümkün qədər rentgenoloji müayinədən imtina etmək lazmdır. Bu yalnız tibbi mütləq və təxirəsalınmaz göstəriş olduqda aparılmalıdır.

Kontrast riski

Rentgenokontrast maddənin qəbulu zamanı bu maddəyə qarşı artmış həssaslıq müşahidə oluna bilər ki, bu da yüngül hallarda ürəkbulanma və qusma ilə müşayiət olunur. Daha pis halda təngnəfəslik və səpgi rast gəlinə bilər. Nadir hallarda isə kontrast maddəyə qarşı allergik reaksiya həyati təhlükəli ola bilər və intensiv terapiyatələb edə bilər.

Qalxanabəzər vəzin funksiyası artmış olan insanlar yodla zəngin kontrast maddə qəbul etməzdən əvəl xususi dərman qəbul etməlidirlər. Kontrast maddənin tərkibindəki yod qalxanabənzər vəzidə maddələr mübadiləsinə mane ola bilər və həyati təhlükəli krizə səbəb ola bilər.

Böyrəklərin funksiyası məhdudlaşmış olan insanlar üçün rentgenokontrast maddənin xüsusi həddi müəyyən olunmuşdur.

Rentgen pasportu

Hər bir rentgenoloji müayinə zamanı aparılma tarixi və şüalanma dozası xəstənin rentgen pasportunda qeyd olunmalıdır. Bu yolla əvvəllər aparılmış rentgenoloji müayinələrdə istifadə olunan şüa dozasına nəzarət təmin olunur.

Bundan əlavə hər bir xəstə lüzumsuz rentgenoloji müayinəyə məruz qalmamaq üçün rentgenoqramlarını saxlamalıdır, məsələn həkimin dəyişməsi və yaxud xəstə yerinin dəyişməsi zamanı.


1759 dəfə oxunub