Otoskopiya

Qulaqların müayinəsi necə aparılır?

Qulaqların müayinəsi (Otoskopiya) – qulaq keçəcəyinin və təbil pərdəsinin optik müayinəsidir. Bu zaman əvvəlcə həkim qulaq qıfının köməyi ilə qulağın təbii əyriliklərini aradan qaldırmalıdır.  Işığı toplamaqla o artıq xarici qulaq keçəcəyini və təbil pərdəsini müayinə edə bilər. Otoskop – 3 hissədən ibarət alətdir: işıq mənbəyi, lupa və dəyişdirilən qulaq qıfı. Qulaq Mikroskopu qulaq keçəcəyində və təbil pərdəsində olan dəyişiklikləri böyüdülmüş formada müşahidə etməyə imkan verir.

Otoskopiya zamanı həkim nə görə bilər?

Otoskop vasitəsilə həkim eşitmə yolunu təbil pərdəsinə qədər görə bilir, hansı ki orta qulaqla sərhəddi əmələ gətirir. Adətən təbil pərdəsi hamar, parlaq və ağdır. Eşitmə yolunda yaxud təbil pərdəsində qızartı, şişlər və maye yaxud irinli yığıntı iltihaba dəlalət edir və otoskopla asanlıqla aşkarlana bilir. Eləcə də təbil pərdəsinin tamlığının pozulması (perforasiyası) da bu yolla aşkarlana bilər.

Təbil pərdəsinin girdələşməsi, yaxud təbil pərdəsinin arxasında orta qulaqda maye toplanması orta qulaqda iltihab, yaxud təbil pərdəsində patoloji prosesin əlamətləridir.

Bəzən xarici qulaq keçəcəyində yad cisim yaxud yağlı yığıntı eşitmənin pozulmasına, yaxud itməsinə səbəb oila bilər. Bunlar müayinə zamanı aşkarlana və sonra asanlıqla xaric oluna bilər.

Qulaqların müayinəsi ağrılıdırmı?

Təbil pərdəsinin yaxud xarici qulaq keçəcəyinin iltihabında xüsusilə uşaqlar müayinəni xoşagəlməz və ağrılı qarşılayır, belə ki, bu zaman artıq qulaqla təmas və qulaq seyvanına müdaxilə ağrılı olur.


722 dəfə oxunub