Rinoskopiya

Burunun müayinəsi (Rinoskopiya) zamanı həkim və xəstə üzbəüz oturur. Həkim bir əli ilə xəstənin başını tutur və onu düzgün istiqamətə yönləndirir. Bu zaman boyun bir az arxaya bükülür. Digər əli ilə həkim burun güzgüsünü burun dəliklərinə daxil edir. Burun güzgüsü qıfabənzər ucu olan maşa formalı alətdir, önə doğru hərəkət etdirdikdə aralanır. İşıq mənbəyinin və güzgünün köməyi ilə bütün burun boşluğu və ön burun-göz yaşı axacaqları müşahidə olunur.

Əgər qan, qartmaq yaxud selik görmə sahəsini tutrsa onlar pambıqlı çubuqla ehtiyatla təmizlənir yaxud sorulur. Yüngül iltihabi dəyişikliklərdə material götürülür və laboratoriyada müayinə olunur. Əgər selikli qişa çox şişkinləşmişsə bu zaman şişi yatırdan aerozoldan istifadə olunur.

Əgər təqribən 7.5 sm uzunluğunda burun-göz yaşı axacaqlarının arxa hissəsinə baxmaq tələb olunarsa həkim burun endoskopundan istifadə edir. Bu alət işıq mənbəyi birləşdirilmiş hərəkətsiz, yaxud elastik borudan, arxa ucunda isə optik hissədən ibarətdir. Aləti daxil etməzdən öncə burun selikli qişası aerozolla keyidilir. Ola bilsin ki, müayinə zamanı burun-göz yaşı axacağının keçiriciliyi nazik sorucu kateterlə yoxlanılsın.

Həkim udlaqda olan burun-göz yaşı axacaqlarının arxa dəliyini müayinə etmək üçün ağız boşluğundan əyilmiş güzgü daxil edir (Arxa Rinoskopiya).

Burunun müayinəsi nə üçün aparılır?

Rinoskopiya, qulaqların müayinəsi (Otoskopiya) və ağız boşluğuna baxış kimi Otolarinqoloqun standart müayinələrinə aiddir. LOR həkiminə demək olar ki hər bir müraciətdə burunun güzgü ilə müayinəsi aparılır. Belə ki, bu zaman burunun ön hissəsinin bütün xəstəlikləri asanlıqla aşkar oluna bilər. Əgər heç bir ağır xəstəlik yoxdursa həkim eybəcərlik yaxud yeni törəməni aşkar edə bilər.

Əgər xəstəlik burnun arxa hissəsinə yayılmışsa və bayırdan görmək mümkün deyilsə burun endoskopu istifadə olunur. Yad cisim, qanaxma mənbəyi yaxud şüş olduqda bu müayinəni aparmaq mümkün deyil. Eləcə də, burunətrafı ciblərin axacaqları və burun-göz yaşı kanalının axacağının bu üsulla yaxşı müayin oluna bilir.

Burunun müayinəsi hansı risk meydana çıxır?

Rinoskopiya bir qayda olaraq ağrısız və təhlükəsizdir. Burun güzgüsü bir neçə ölçüdə mövcuddur və həkim hər bir buruna uyğun gələnini seçir. Burun güzgüsünün açılması zamanı həkim həssas olan burun çəpərinin zdələnməməsinə xüsusi diqqət yetirir. Əgər müayinə ağrılı olarsa keyidici aerozoldan istifadə olunur.

Xəstələr hərəkətsiz endoskopun buruna daxil edilməsini çox vaxt  xoşlamırlar. Bəzən həkim bu müayinədən öncə burun selikli qişasıı aerozolla keyidir.

 


756 dəfə oxunub