Uşaqlıq boynunda xərçəng törədən virusa görə Nobel mükafatı

Belə bir ağır xəstəliyin törədicisinin tapılması yüzlərlə qadınların xilas olunmasına gətirib çıxaracaq bir kəşf hesab olunurdu. HPV-nin xərçəng törədə bilən tipləri müəyyənləşdirildi. Prof. Harald zur Hausen müəyyən etdi ki, HPV həmcins olmayıb bir-birindən fərqlənən tiplərə malikdir (100-dən çox HPV tipi müəyyənləşdirilib) və heç də onların hamısı xərçəng törətmir. Məlum oldu ki, onların içərisində HPV16 və 18 qadınlarda uşaqlıq boyuunu xərçənginin 70%-ni törədicisidir.  

Ümumiyyətlə, dünyada rast gəlinən xərçənglərin 5%-i məhz HPV virusları tərəfindən törədilir. HPV infeksiyası cinsi yolla keçir və əhalinin 50-80%-ində tapılır. Müəyyən edilmiş 100 HPV-dən 40-ı qadınların cinsiyyət yollarını infeksiyalaşdıra bilir ki, bunlardan da 15-i onları uşaqlıq boyununda xərçəngin inkişafı təhlükəsi qarşısında qoyur. HPV-nin ağız boşluğunda, qadınların və kişilərin xarici cinsiyyət  zonalarında və eləcə də digər nahiyələrdə xərçəngin yaranmasında da rolu var. HPV uşaqlıq boyuunu xərçəngi olan qadınların 99,7%-ində tapılır. Bu isə dünya üzrə il ərzində 500.000 qadın deməkdir. Bu rəqəmlər Prof. Harald zur Hausenin kəşfinin bəşəriyyət üçün dəyərinə bir daha aydınlıq gətirir.

HPV infeksiyası zamanı virus uşaqlıq boyunu epitel hüceyrələrinə daxil olur və onu yoluxdurur. Prof. Harald zur Hausen xəstə qadınların xırçəng heceyrələrini tədqiq edərkən onların DNT-sində (DNT-Dezoksirubonuklein Turşusu) HPV DNT-sini aşkarladı. Bu isə o deməkdir ki, uzun müddət HPV infeksiyasına məruz qalan qadınlarda virusun DNT-si uşaqlıq boyununun epitel hüceyrələrinin DNT-sinə inteqrasiya edir.  Beləliklə, normal epitel hüceyrəsinin maliqnizasiyasına, yəni, xərçəng hüceyrəsinə çevrilməsinə təkan verilir (Şəkil 1).

Bildiyiniz kimi DNT genetik informasiyanı özündə daşıyan, hüceyrə bölünməsini nəzarətdə saxlayan və hüceyrə popolyasiyasının “genetik təmizliyinə” təminat verən  bir genetik materialdır. Hüceyrə daxilində elə bir dəqiq mexanizm mövcuddur ki, bölünmə zamanı DNT-də baş verən istənlən bir zədələnmə və ya dəyişiklik dərhal müəyyən edilir və hüceyrənin bölünmə prosesi dondurulur (ingiliscə, “cell cycle arrest” deyilən proses baş verir). Bu müddət ərzində DNT-də baş verən zədələnmə xüsusi “təmir” mexanizmi ilə aradan qaldırılır və yalnız bundan sonra hüceyrə bölünməsinə icazə verilir. Əgər DNT-də olan zədələnmə tımir edilə bilməzsə “proqramlaşdırılmış hüceyrə ölmü” deyilən mexanizm işə düşür və hüceyrə “özünə qəsd edərək” ölür. Gün ərzində bədənimizdə bu proses yüz dəfələrlə təkrar olunur. Amma bəzən hüceyrə daxilində olan bu “sədaqətli” mexanism tükənir və hüceyrənin genetik materilına yad məlumat daxil olur.  Bu andan başlayaraq həmin hüceyrə bəd xassə əldə edə bilir və dayanmadan bölünərək artır. Onlarda normal hüceyrələrdə olan kontrollu bölünmə və çoxalma sistemi pozulmuş olur. Sanki bu hüceyrələr çalışırlar ki, öz populyasiyasını maksimal artırsın və üstünlük əldə etsin.      
 
HPV infeksiyası zamanı yuxarıda təsvir etdiyimiz proses baş verir. Epitel hüceyrələrinin daxilində olan HPV virusu hüceyrənin bölünmə aktlarının birində öz DNT-sini hüceyrənin DNT-sinə daxil etməyi bacarır. Söszüz ki, bu hər cəhddə baş vermir və eptel hüceyrələrində olan daxili qoruma sistemi buna mane olur. Amma virus uşaqlıq boyunu selikli qişasında qaldıqca nə zamansa hüceyrə DNT-sini də öz DNT-si ilə yoluxdurur. Bu  hadisənin bir hüceyrədə də olsun baş verməsi kifayət edir ki, xərçəng prosesi başlasın.

Yuxarıda deyilənləri nəzərə alaraq uşaqlıq boyununda diaqnostika edilmiş HPV-nin məhv edilməsi və ya HPV-yə qarşı peyvəndin işlənib hazırlanması sonrakı elmi tədqiqatların əsas  hədəfinə çevrilmişdir. Məhz bu işdə də Prof. Harald zur Hausenin böyük rolu olmuşdur və onun rəhbərliyi ilə aparılan işlər HPV əleyhinə profilaktik vaksinlərin yaradılmasına gətirib çıxarmışdır.

Bu gün ölkəmizdə də HPV-yə qarşı skrininq proqramları mövcuddur və gənc xanimların HPV-yə qarşı özlərini yoxlatdırması tövsiyyə olunur. HPV təyin edilərsə və müalicə olunarsa bir neçə onillik sonra meydana çıxa biləcək xərçəngin qarşısı alınmış olur. Buradan daha geniş məlumat ola bilərsiniz HPV Skrining .


Hazırladı: Dr.med. Yagublu Vugar  


1090 dəfə oxunub