Donuz qripi


2009-cu ilin İyun ayında Ümümdünya Səhiyyə Təşkilatı N1N1 virusunun pandemiyasını rəsmən elan etmişdir. H1N1 virusuna qarşı vaksin işlənilmiş və hal-hazırda bir çox ölkələrdə tətbiq edilir.

Yoluxma yolları

Donuz qripinin yoluxma yolları digər qrip viruslarına bənzər olub hava-damcı yolu ilə baş verir. Yoluxmuş insanın nəfəsalması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmanı təmin edir. Viruslar bərk səthlərdə də qala bilir və belə səthlərə toxunan əlllər yuyulmasa yemək zamanı  yoluxma vasitəsi ola bilər. Donuz ətini yeməklə H1N1 virusuna yoluxma qeyd edilməmişdir.  

Əlamətlər

H1N1 ilə yolxma zamanı adı fəsil qripləri zaman rast gəlinən əlamətlər qeyd edilir:
  - Hərarət
  - Öskürək
  - Boğaz ağrısı
  - Əzələ ağrıları
  - Baş ağrısı
  - Ümumi zəiflik
Bəzən
  - İshal
  - Ürəkbulanma
  - Qusma

H1N1 qripinin əlamətləri virusla yoluxduqdan 3-5 gün sonra başlayır və adətən 8-9 gün davam edir.

Həkimə nə zaman müraciət etməli

Əgər qripin heç bir əlaməti yoxdursa həkimə müraciət etməyə ehtiyac qalmır. Bu gün bir çox insanlar oxşar şikayətləri olmadan belə donuz qripi qorxusu ilə həkimə müraciət edirlər.  Donuz qripinə xas əlamətlərin bir neçəsinin olması sizə həkimə müraciət etməyə və donuz qripinə görə laboratoriya müayinəsindən keçməyə əsas verir.

Risk Faktorları

H1N1 virusunun yeni olması və hələ tam öyrənilməməsi hamını bu virusa yoluxma ehtimalından  maksimal qaçmağa sövq edir. H1N1 virusuna yoluxmuş insanlarla işləyən tibb işçiləri daha yüksək risk qarşısındadır.  Məktəblilər və uşaqların da yoluxma ehtimalı yüksəkdir. H1N1 virusu ilə yoluxmanın əsas yollarından birinin məktəbdə yoluxmuş şagirdlərin virusu öz ailə üzvlərinə ötürməsidir.
 
Ağırlaşmalar

Donuz qripinin aşağıdakı ağırlaşmaları qeyd edilir:

  - Ürək xəstəlikləri, diabet, astma kimi xroniki xəstəliklərin inkişafı
  - Pnevmoniya
  - Tənnəffüs çatışmazlığı

H1N1 virusuna yoluxmanın kəskin ağırlaşmaları çox sürətlə inkişaf edib ölümcül nəticəyə gətirib çıxara bilər.

Müalicə

Donuz qripinin spesifik müalicəsi yoxdur. Oseltamivir (Tamiflu) and Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar istifadə edilə bilər. Bu dərmanlar xəstəliyin gedişini yaxşılaşdırır. Amma H1N1 virusu tez bir zamanda bu dərmanlara qarşı tolerantlıq formalaşdırırlar. Odur ki, bu dərmanları yalnız ağır hallarda istifadə etmək məqsədəuyğundur. Aşağıdakı hallaryüksək riskli hesab edilir:
  - Xəstəxana şəraitin müalicə almalı olan xəstələr
  - Qripin digər əlamətləri ilə bərabər təngnəfəslik mövcuddur
  - 5 yaşdan kiçik uşaqlar
  - 65 yaşdan yuxarı insanlar
  - Hamilələr
  - 19 yaşdan kiçik olub uzun müddət Aspirin müalicəsi alanlar
  - Astma, emfizema, diabet, böyrək və qaraciyər xəstəlikləri olan insanlar
  - HİV ilə yoluxmuş və immunosupressor müalicə alan insanlar

 Profilaktika

  - Yemədən öncə əlinizi minimum 20 saniyə isti su ilə yuyun
  - Əlinizi üzünüzdən uzaq saxlayın
  - Əllə görüşmədən qaçın
  - Görüşən zaman öpüşmədən qaçın
  - Ovucunuza və ətrafa deyil qollar arasına öskürün və ya asqırın. Əgər öskürək və ya asqıraq əllərinizə və paltarınıza düşübsə yumaqla təmizləyin.
  - Bədən müqavimətini yüksəldin
  - Tez-tez əllərin toxunduğu səthləri (qapı, stol, telefon və s.) təmiz saxlayın
  - Əgər zəiflik hiss edirsinizsə evdə qalmağa çalışın
 

 __________

Mənbə:  ABŞ-ın “Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi” (US Centers for Disease Control and Prevention).

 


876 dəfə oxunub