Qırmızı və emal olunmuş ət ölüm hallarını artırır

Tədqiqatçılar mal və donuz ətindən hazırlnmış bütün yeməkləri qırmızı ət; müxtəlif ev quşları və balıq ətindən hazırlanan yeməkləri ağ ət; kolbasa, sosiska kimi qidaları emal olunmuş ət adı altında   birləşdirilmişdir.  Tədqiat elə dizayn olunmuşdur ki, xərçənin leyhinə və ya əleyhinə rolu ola biləcək ən incə faktorlar belə nəzərə aınsın. Bunlara yaş, evlilik, ailədə xərçəngin olub-olmaması, təhsil, irqi mənsubiyyət, bədən çəkisi, siqaret çəkib-çəkməmək,  fiziki aktivlik, alkoqol qəbulu, vitamin əlavələrinin qəbulu, meyvə, tərəvəz, qadınlarda menopauza dövründə hormon terapiyası və s. aid edilir. 10 illik müşahidə zamanı 47.976 kişi, 23,276 qadın vəfat etmişdir. Ümumi ölüm göstəricisi çox miqdarda qırmızı və emal olunmuş yeyənləri, az miqdarda və emal olunmuş ət yeyənlərlə müqayisə etdikdə yüksək olmuşdur. Eyni nəticə xərçəng və ürək damar xəstəliklıklərinin müqayisəsində də alınmışdır.  

Ağ ət qəbul edən insanlarda isə tamamilə əksinə olan nəticə əldə edilişdir. Belə ki, həm ümümi, həm də ürək xəstəlikləri və xərçəngə ğörə ölüm göstəricisi ağ ət qəbul edən insanlarda aşağı olmuşdur.
Orjinal məqələ burada: Archives of Internal Medicine. 26.03.06:
 
Qeyd: Bu tədqiqat Amerika Birləşmiş Ştatlarında aparılmışdır. Məqalə də qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrdə qırmızı və emal olunmuş ətlə qidalanma ABŞ-la müqayisədə 2-3 dəfə çoxdur. Buna səbəb ABŞ-da aparılan səhiyyə maarifi işidir. İnsanlar öz sağlamlıqlarının qorunması üçün mütəxəssislərin verdiyi rəylərə daha diqqətlə yanaşırlar. Hər hansı bir tədqiqat aparılmasa da Azərbaycanda da digər inkişaf etməkdə olan ölkələr kimi gırmızı və emal olunmuş ətlərdən çox istifadə olunur. Azərbaycan mətbəxtində, xüsusilə də toylarımızda gırmızı ətdən hazırlanmış qidalar üstünlük təşkil edir (tikə kabab, lülə kabab, bozartma, aşqara, fərqli kolbasa məmulatları). Bunları nəzərə alaraq, mətbəxtimizdə qırmızı ətdən hazırlanmış qidaların azaldılması insanlarımız arasında xərçəng və ürək xəstəliklərinin profilaktikası nöqteyi-nəzərindən əhəmiyyəltli ola bilər.  

Hazırladı: Dr.med.Yagublu Vugar
                


780 dəfə oxunub