CEA

CEA

CEA (Carcinogenic embryonic antigen) molekulyar çəkisi 180 kD olan qlikoproteindir. AFP kimi karsinofetal antigenler qrupuna aid olub, embrion və fetal dövrdə sintez olunur. Döldə qastrointestinla traktda və serumda aşkar olunur. Doguşdan sonra CEA-nın sintezi əhəmiyyətli dərəcədə enir.

Material: Serum
Vahid: ng/ml
Norma: <4
       Siqaret çəkənlərdə <10
       Şübhəli zona 5,0-20,0
       Yüksək  >20 

Miqdarı artır: Yoğun bağırsaq CA, Düz bağırsaq CA, kolorektal adenikarsinoma, qastrointestinal bədxassəli şişlər, pankreas CA, ağciyər CA, mamma CA, yumurtalıq CA, Öd kisəsi CA, Mədə CA, qaraciyər CA, böyrək CA.

Kliniki əhəmiyyəti: CEA göstəricisinin normal olması bədxassəli şişin olduğunu inkar etmir!
Spesifik  tumor marker olmadığı üçün əhalidə kanser skrininq məqsədilə tətbiq oluna bilməz.
Əsasən kolorektal karsinomanın müalicəsinin monitorinqində istifadə olunur.

Qeyd: Qaraciyərin iltihabi xəstəliklərində CEA göstəricisi “səhvən” yüksək ola bilər ( Falsely increased).


663 dəfə oxunub