H1N1 Donuz qripi deyil?

2009-cu ilin Aprel ayında başlayan yoluxma zamanı xəstələrdən götürülən materialın tədqiqi zamanı laboratoriya mütəxəssisləri bu yeni virusun DNT-sində çoxlu sayda donuz qripinə xas olan genlər tapmışlar və buna görə də onu donuz qripi adlandırmışlar. Amma sonrakı tədqiqatlar göstərmişdir ki, bu virus Şimali Amerikada donuzlarda rast gəlinən virusdan çox fərqlidir. H1N1 virusunu "dördlü reassotant" virus adlandırırlar. Çunki bu virusun genomunda dörd "valideyin"dən genlər vardır. H1N1 virusunun DNT-sində Avropa və Asiyada yaşayan doznuzlarda, quşlarda rast gəlinən qrip virusunda və insanlarda olan genlər təyin edilir.

__________

Mənbə:  ABŞ-ın “Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi” (US Centers for Disease Control and Prevention).

 


674 dəfə oxunub