HCV

Ümumi: Yuxarıda qeyri-A və qeyri-B kimi göstərilən hepatitlərin təqribən 90%-i Hepatit C qruplarıdır.  Inkubasiya dövrü 6-12 həftədir, yoluxma parenteral baş verir. Xəstə xroniki hepatitlərin 50%-indən çoxu inkişaf edə bilir. Risk qruplarına intravenoz dərman qəbulu, qan və ya qan məhsulları (məs. dializ) qəbulu, HCV yoluxmuş insanların orqanlarının transplantı  daxildir. Yoluxma tibb personalının ehtiyatsızlığı nəticəsində hər hansı yoluxmuş ləvazimatı ilə xəsarət yetiridikdə, virusun titr səviyyəsindən asılı olaraq cinsi yolla da mümkündür.

Hamiləlik ərzində HCV: Yoluxmanın 5% hallarında anadan uşağa yoluxma baş verir. Buna baxmayaraq, inkişaf çatışmazlığı, vaxtından əvvəl doğuş kimi hallar məlum deyil. Yoluxma adətən uşaqlıqda baş verir, kesariyyə əməliyyatı yoluxma riskini azaltmır. Döş ilə qidalandırma hallarında da yoluxma müşahidə olunmamışdır.

Serologiya: Hepatit C anticisimləri yoluxmadan 3-4 həftə sonra müəyyən edilə bilir.


756 dəfə oxunub