Selen və onun xərçəng əleyhinə rolu

 Selen 1818-ci ildə İsveç kimyasıçısı Jons Jacob Berzelius tərəfindən aşkarlanmış və yunan mifologiyasından ay allahının adi ilə adlandırılmışdır. 140 il sonra Schwarz və Foltz tərəfindən aparılan eksperimentlər zamanı Selenin heyvan qaraciyərində təyin edilən əsas elementlərdən birinin olması aşkarlanmışdır. Selenin insan sağlamlığında rola malik olması haqqında fikirlər keçən əsrin 60-cı illərində meydana çıxmağa başladı və bu gün  Selenin insan sağlamlığında əhəmiyyəti barədə alimlər arasında yekdil fikir formalaşmışdır (Arthur, 2010). Selen yeganə elementdir ki, insanın genetik materialında iştirak edir (Frausto da Silva &Williams, 2009). Selen genetik materialda Selenocysteine şəklində (SeCys, 21-ci amin turşusu)  mövcud olur və toxumaları oksidləşmə stresindən qoruyur (Rayman, 2000).  SeCys özünün mürəkkəb birləşmə mexanizmi və sintez mərhələləri ilə digər 20 amin turşularından fərqlənir və bü xüsusiyyətləri ilə xərçəngin profilaktikasında əhəmiyyətli rol oynayır (Hatfield & Gladyshev, 2002). 

Bu günki elmi məlumatlar təsdiq edir ki, Selen insan orqanizmində çox vacib funksiyaların həyata keçirilməsində əsaslı rol oynayan bir elementdir. Selen qalxanabənzər vəzi hormonlarının mübadiləsi, antioksidant müdafiə sistemi kimi bir çox metobolik proseslərin və immun funksiyaların əsas komponentlərindən biridir.  Fizioloji şərtlər altında Selen Selenosistein tərkibində həmişə ionlaşmış vəziyyətdə olur (K.M.Brown,2001).  

Keçən dövr ərzində 30 yeni Selenoprotein aşkarlanmışdır  və onlardan 15-nin bioloji funksiyaları bu və ya digər şəkildə xarakterizə olunmuşdur (Hatfield & Gladyshev, 2002).  Güman edilir ki, 100-dən çox selen tərkibli protein mövcuddur (Burk RF, 1993).
    
Bir çox Qərb ölkələrində aparılan tədqiqatlar təsdiq edir ki, qanda selenin azlığı xərçəng və ürək-damar xəstəliklərinin artmasına səbəb olur (K.M.Brown,2001). Selenin qida əlavəsi kimi qəbulu iyirminci əsrin doxsanıncı illərindən tövsiyyə olunur və onun müsbət effekti haqqında çoxlu sayda sübutlar mövcuddur (Rayman, 2000). 

Sübuta əsaslanan tədqiqatlar təsdiq edir ki, mütəmadi Selen qəbulu xərçəng əmələgəlmə riskini azaldır (H. E. Ganther, 1999). Hətta bəzi müəlliflər iddia edirlər ki, Selen qəbulu xərçəngin digər orqanlara yayılma ehtimalını da azaldır (Rayman, 2000).  Belə düşünülür ki, Selen təribli proteinlər normal hüceyrələrdə oksidativ stresi azaldaraq onların genetik materialının zədələnməsinin və şişə transformasiya olunmasının qarşısını alır. Selen qəbulunun bir çox xərçəng növlərinin, xüsusilə qaraciyər, prostat, kolorektal və ağciyər xərçənginin inkişaf etmə riskini azaltması haqqında məlumatlar var (Arthur, 2001). 

Aşağıda selenle zəngin bəzi qida maddələrinin siyahısını veririk: 
  -Çərəz, xüsusilə də Brazilya qozu selenin ən zəngin mənbələrindən biridir. Brazilya qozu həm də maqneziumla zəngindir. 100 qram Brayilya gozunda 1917 μq selen mövcuddur. Qarışıq çərəzin 100 qramında isə orta hesabla 422μq selen olur 
  -Mollyusk və istridyələr selenle yanaşı dəmir, zink, mis və Vitamin B12-nin zəngin mənbəyidir. Sakit okean istridyələrinin 100 qramında 154μg selen olur. Digər mollyusk tiplərində də kifayət qədər selen qeyd edilir (hər 100 qramda 90-130 μg selen)     -Qaraciyər selenin ən zəngin   mənbələrindən biri hesab edilir. Heyvan qaraciyərinin hər 100 qramında 116μq selen olur. 
  -Balıqlar B1, B2, B3, B6  və B12 vitaminləri ilə yanaşı selenin də zəngin mənbələrindən biridir.Balıq növündən aslı olaraq hər 100 qramında selenin miqdarı 50-80μq olur. 
  -Günəbaxanın hər 100 qramında 80 μq selen müəyyən edilir. Bundan əlavə, günəbaxan Vitamin E, dəmir, Vitamin 1, Vitamin B6, maqnezium, kalium və mislə də zəngindir.  
  -Kəpəkli məmulatlarda da kifayət qədər Selen olur. Məsələn, buğda kəpəyinin 100 qramında 78μq selen qeyd edilir. 
  -Kürünün hər 100 qramında 70 μq selen olur. Bundan əlavə kürünün tərkibində dəmir, zülallar və B12 vitamini də yüksək miqdarda olur. 
  -Xərçəngin hər 100 qramında 59.2μq selen qeyd edilir. 

 


1353 dəfə oxunub