Alzheimer xəstələri insulindən faydalana bilərmi?

 Seattle, Vaşinqton Universiteti Tibb Fakultəsi və “Veterans Affairs Puget Sound Health Care System” tədqiqatçılarından  Dr.Suzanne Craft və əməkdaşları  yüngül amnestik koqnitiv pozğunluğu və ya Alzheimer xəstəliyi olan  yetkinlərdə  intranazal insulin müalicəsinin beyin funksiyaları, serebral qlükoza metabolizmi və serebrospinal maye biomarkerləri üzərində olan effektini dəyərləndirmək üçün randomizə olunmuş araşdırma  apardılar.

Araşdırmada 3 qrup yaradıldı. Dörd ay müddətində 36 xəstəyə gündə 1 dəfə 20 İU insulin, 38  xəstəyə  gündə 1 dəfə 40 İU insulin  və 30 xəstəyə isə gündə 1 dəfə plasebo müalicə verildi. Müalicələrin hamısı intranazal tətbiq edildi.

Plasebo qrupu ilə müqayisədə gündə 1 dəfə 20 İU insulin verilən qrupun gecikmiş geri çağırma funksiyasında yaxşılaşma müşahidə edildi. Insulin verilən hər iki xəstə qrupunda gündəlik funksional aktivlik qorunub saxlandı.  Yüngül amnestik koqnitiv pozğunluğu olan xəstələrdə hər 2  müalicədə ağırlaşma baş vermədi.   

Nəticə olaraq  amnestik yüngül koqnituv pozğunluğu  və ya  Alzheimer xəstəliyi  olan xəstələrdə intranazal insulinin koqnitiv funksiyası və serebral qlükoza metabolizmini stabilləşdidiyi və ya yaxşılaşdırdığını göstərdi. Tədqiqatçılar bu əlamətlərin intranazal  insulin müalicəsi ilə bağlı  insulinin Alzheimer  xəstəliyinin patogenezindəki  rolu  üzrə  araşdırmaya yönəlmiş tədqiqatlara zəmin hazırlayacağını bildirdilər. Dada geniş aşağıdakı linkdə oxuya bilərsiniz:

Intranasal Insulin Therapy for Alzheimer Disease and Amnestic Mild Cognitive Impairment

Təqdim etdi, 

Şahverənov Allahverdi

Email: a.shahveranov@gmail.com


887 dəfə oxunub