Siqaret qan təzyiqini qaldırır

Müntəzəm siqaret çəkən şəxslərdə qan təzyiqi normaya nisbətən 7-10 mm.c.st çox olur. Bu isə təxminən 10% artım deməkdir. Siqaretçəkmə damarları və ürəyi zədələyir. Siqaret tüstüsü və onun tərkibindəki substanslar, məxsusi olaraq karbon 2-oksid (CO) və benzpiren damarların divarına birbaşa zərər yetirirlər. Bundan başqa siqaret çəkən şəxslərin damarları nisbətlə götürdükdə daha tez kirəcləşir. Bu isə onların mənfəzinin tutulmasına və nəhayət miokard infarktının yaranmasına səbəb ola bilər.  

Siqaretçəkmə nəinki damar divarına eləcə də qana da öz təsirini göstərir. Belə ki, qan qatılaşır və damarlarda zəif axın sürəti ilə hərəkət etməyə başlayır. Müntəzəm siqaretçəkənlərdə əlavə olaraq qanda qan laxtaları və tıxacları əmələ gəlir. Səbəb isə trombositlərin asanlıqla buraya yığılmasıdır.    

Bütün yuxarıda sadalanan faktorlar isə nəticədə damarların tıxanmasına gətirib çıxarır.  

Ürəyə olan təsir isə daha şiddətlidir. Adı çəkilən CO ürəyin oksigenlə olan qidalanmasını rəsmən zəiflədir. Bundan başqa damarlarda gedən dəyişiklikləri burada ürəyə də aid etmək mümkündür.  

Siqaretçəkməni dayandırmağa dəyər!  

Təsadüfi siqaret çəkənlər üçün də xoş xəbər var. Onlar da siqaretçəkməni tərgidə bilərlər. Nadir hallarda siqaret çəkən insanların bu qəbulu dayandırması təxminən beş il sonra ürəkdə infarkt riski artımın minimuma enmiş olur.  

Kanadada aparılmış araşdırmalardan birinin nəticələrinə əsasən ürək infarktı riski hətta 20 ildən sonra belə siqaretçəkməyənlərə nisbətən birmənalı olaraq artmışdır. Odur ki, orqanizminizin mühərrikinə zərər yetirməmək üçün həqiqətən bu addımı atmağa dəyər.    

Hazırladı

Namiq Guluzadeh    


952 dəfə oxunub