Metabolik Sindrom

Metabolik sindrom yetkin yaşlı insanların 35%-də rast gəlinən ciddi sağlamlıq problemidir. Bu insanların kardiovaskulyar, şəkərli diabet, insult kimi xəstəliklərə tutulması riskini yüksəldir.


Hansı risk faktorları var?


Bir insanda aşağıdakı risk faktorlarından 3 və daha çoxu rast gəliniərsə, bu artıq metabolik sindromun olduğunu anlamına gəlir:
-  Qarında piylənmə
-  Qanda  triqiliseridlərin miqdarının 150  mg/dL və daha  yüksək olması
-  Yüksək sıxlıqlı lipoproteinlerin (HDL) miqdarının qadınlarda 50 mg/dL, kişilərdə isə 40 mg/dL-dən az olması
-  Sistolik qan təzyiqinin 130 millimetr civə sütunu (mmHg)  və daha çox olması
-  Diastolik qan təzyiqinin 85 mmHg və daha çox olması
-  Qanda Qlükozanin 100 mg/dL və daha çox olması
-  Insulinə rezistentlik və ya qlükoza intoleransi (bədən insulin və qan şəkərini uyğun olaraq istifadə edə bilmir)


Baxmayaraq ki, metabolik sindrom ciddi haldır, siz yuxarıda qeyd edilmiş riskləri çəkinizi azaltmaqla, fiziki aktivliyinizi artırmaqla, sağlam qidalardan (meyvə,tərəvəz və baliq məhsulları) istifadə etməklə və qanınızda şəkərin, xolesterinin miqdarını və təzyiqinizi daim həkim nəzarətində saxlamaqla azalda bilərsiniz.


Mənbə: Amerika  Ürək Assosiasiyası
Tərcüməçi: Allahverdi Şahverənov
Mənbə: http://www.heart.org


984 dəfə oxunub