Qaraciyər yağlanması(steatosis)

Qaraciyər yağlanması(steatosis), qaraciyər hüceyrəsində aşırı yağ toplanması nəticəsində yaranır. Hər zaman olmaqla bərabər, bəzi hallarda orqanın özünə zərər verməklə, sirroz kimi ciddi xəstəliklərə yol aça bilər. Aşırı yüksək çəkidə olmaq, şəkər xəstəliyi, yüksək xolestrol və triqliserid səviyyəsində artma qaraciyərin yağlanmasın artıran faktorları arasında yer almaqdadır. Qaraciyər yağlanması, qidalanma və yaşayış tərzində ediləcək dəyişiklərlə çox vaxt durdurula və ya tərsinə çevrilə bilər.
Yağlanma çox zaman heç bir əlamətlər verməz və fərqinə varmadan illərcə,hətta on illərcə davam edə bilər. Ancaq kritik səviyəyə gəlincə çəki itirilməsi, aşırı halsızlıq, qarın nahiyyəsində ağrı və zehni gerilik əlamətləri kimi bəzi əlamatlər özünü göstərə bilər.
Qaraciyər yağlanmasının növləri:
Sağlam qaraciyəriniz varsa içində heç bir vaxt yağ olmaz. Lakin bəzən. Trigliserid adı verilən yağ molekulları qaraciyərdə toplanmaya başlıyar. Az miqdarda yağlanma hər hansı bir problemə yol açmaz amma ancaq yağ miqdarı artdıqca bu vəziyyətə "Qaraciyər yağlanması" deyilir və həyatı təhtid edən ciddi xəstəliklər olmadan öncə müalicənin başlanması gərəklidir. Qaraciyər yağlanması, alkoqola bağlantılı və bağlantısız olaraq 2 əsas kateqoriyaya ayrılır. Ayrıca sürətli çəki itirilməsi və yetərincə bəslənməmənin də qaraciyər yağlanmasına səbəb olduğu bilinməkdədir. Alkoqola bağlı qaraciyər yağlanmasının durdurulmasının tək bir yolu vardır ki, alkoqollu içkilərin qəbulunu dayandırmaq. Alkoqola bağlı olmayan qaraciyər yağlanmasının qarşısinin alınmasında yüksək çəkini azaltmaq və normal qidalanma proqramına sadiq qalmağ gərəkdir.


Qaraciyərin yağlanmasın göstərən əlamətlər:
Qaraciyər yağlanması,xüsusi ilə başlanğıc dönəmində isə bir əlamət göstərməz. Yenə də bu dönəmdə özünüzü halsız hiss edə bilərsiniz. Qaraciyərin yerləşdiyi ( sağ qabırğaaltı nahiyədə) bir rahatsızlığ hiss edə bilərsiniz. Qaraciyərdə yağ toplanması artdıqca və orqan genişləndikcə ətrafındakı digər orqan və toxumalara təziq göstərərək ağrılara səbəb ola bilər Gecikmiş hallarda isə ani çəki itirilməsi,halsızlıq,zehin qarışığlığı kimi əlamətlər görünə bilər

Qaraciyər yağlanmasının digər əlamətləri:
Mədə bulanması ( el arasında ürək bulanma)
Bədəndə və nəfəsdə xoşa gəlməyən qoxular
Şişkinlik
Hemoroid
Bədən hərarətinin yüksəlməsi
Bədəndə qaşıntı və qızarıqlığ
Gözlərin qızarması
Yaddaşın zəyifləməsi

Alkoqola bağli olmayan qaraciyər yağlanmasının səbəbləri:
Obez: Alkoqola qəbulu ilə bağlı olmayan qaraciyər yağlanması böyük ehtimalla obez ya da aşırı çəkili insanlarda görülməkdədir. Ancaq hər aşırı çəkili insanın qaraciyəri yağlanmaya bilər və ya normal çəkisindən sadəcə 4-5 kilo çox olan insanlarda qaraciyər yağlanması görülə bilər.
Diyabet: Tip 2 diyabet qaraciyərin yağlanma riskini son dərəcə artırmaqdadır. Tib 1 diyabet xəstələrdə isə qaraciyərin yağlanma ehtimalı azdır.
Yaş: Qaraciyərin yağlanması əsasən 50 yaşdan yuxarı şəxslərdə daha çox görülür.
Hipertenziya ( Arterial təziq) : Qaraciyərin yağlanması yuxarı arterial qan təziqi olan şəxslərdə normal qan təziqi olan insalara nisbətdə daha çox görülür.
Hiperlipidemiya ( yağların qanda çox olması): Qanda yüksək səviyyədə xolestrol və ya triqliserid görülməsi qaraciyərin yağlanma riskini yüksəltməkdədir.
Çox sürətli çəkinin itirilməsi:  Çox sürətli çəkisin itirən şəxslərdə yağ və qanda tapilan yağ turşularında olan dəyişikliyə yol açdığı üçün qaraciyər yağlanmasına səbəb ola bilər.


Digər səbəblər: Yetərsiz qidalanma, bəzi dərmanlar, mədə kiçiltmə əməliyyatları, metabolik sindrom.
Qaraciyər yağlanmasın təyini:
Qaraciyər yağlanmasının diaqnozun qoymaq üçün tək bir test və ya yol yoxdu. Həkiminiz qan analizi və qaraciyərin funksiyasın təyin edən diğər analizlər istəyə bilər. Bu testlərdə qaraciyərin normal olaraq sintez etdiyi bəzi hormonların səviyyəsi yoxlana bilər.
Qaraciyər yağlanmasının diaqnozun qoyulması üçün həkiminiz bəzi instrumental ( USM - ultra səsə müayinə, KT- kompyuter tomoqrafiya, MRT-maqnit rezonans tomoqrafiya) istəyə bilər.
Çəkilən filmlər qaraciyərin normal böyüklükdə olub olmadığını görmək üçün olduqca istifadə edilən bir yoldur amma tək başına yağlanma olub olmadığını söyləmək üçün yetərsiz ola bilər.
Yağlanmanın diaqnozu yuxarıda edilən müayinələrlə qoyulmursa həkiminiz qaraciyər biopsiyası istəyə bilər. Qaraciyər biyopsiyası çox sıx istifadə edilən bir müayinə metodu olmasada ancaq diaqnozun qoyulmasında şübhə olan vəziyyətlərdə edilə bilər.


Müalicə necə edilir?
 Qaraciyər yağlanmasının müalicəsimdə ilk hədəf xəstənin artıq çəkidən qurtarılmasıdır. Bir həkim tərəfindən yazılan qidalanma proqramına riayət etməklə artıq çəkidən azad olmağa nail olmağ olar. Çəkiniz azaldığca, qaraciyərdə toplanan yağda azalmağa başlayacaqdır. Bunun sahəsində yağlanmanın səbəb olacağı qaraciyər sirrozunun risk faktoru azalacaqdır.
Alkoqol qəbuluna bağlı olanmayan qaraciyər yağlanmasının - adı üstündə- alkoqolla bir əlaqəsi yoxdur ancaq yağlanma olan xəstələrdə alkoqol qəbulunun dayandırılması məsləhət bilinir. Çünkü alkoqol qəbul olunması, alkoqola bağlı olsun olmasın hər hansı bir qaraciyər yağlanması növünü daha da pisləşdirə bilər
Təsirləri mübahisə olunan bəzi qaraciyər yağlanmasın azaldan dərmanlar mövcud olmaqdadır


Xəbərdarlıq və rəqəmlər
Qaraciyər yağlanması çox zaman daha ciddi bir xəstəliyə səbəb olmadan kontrol altına alına bilər.Ancaq yaşadığımız dövrdə obezitə ( artıq çəki) çox yayılmış olduğundan qaraciyərin yağlanma problemi hər il artmaqdadır
1980 cı ildən bu günə alkoqol qəbul edənlərdə görülən qaraciyər yağlanması günümüzdə normadan çox qaraciyər funksiyaların çıxmasının ən başlıca səbəbidir. ABŞ, İngiltərə və Avstraliyada edilən bir tədqiqata görə hər 5 adamdan 1 də qaraciyər yağlanması görülməkdədir.
Qaraciyər yağlanmasın olmaması üçün nə edilə bilər?
Həkimlərin qaraciyər yağlanmasından qorunmağ və qaraciyər sağlamlığının qorunması üçün aşırı şəkər və bir günnən çox saxlanılan qidalardan uzağ durulmasın məsləhət bilirlər. Bunun yerinə daha çox göy məhsulları və meyvə yeyilməsin məsləhət bilirlər.
Sağlam zulal qaynağları olan ( balığ və tərkibində zulal çox olan səbzilər) sağlamlığa xeyirli karbohidrat ( taxıl məhsulları) qaynağlı istifadə edilən bir diet qaraciyərin sağlamlığın qorumasında olduqca önəmlidir.

İstifadə edilən qaynağlar:
Non-alcoholic Fatty Liver Disease
Liver Doctor: Fatty Liver
MEdicineNet: Nonalcoholic Fatty Liver Disease
Fatty Liver Disease: Web MD
Mayo Clinic: Nonalcoholic Fatty Liver Disease
American Liver Foundation: Diet and Liver (pdf)
Harvard Health Publications: Who’s at Risk for Fatty Liver Disease?
California Pacific Medical Center: Fatty Liver (Steatosis or Steatohepatitis)
Sutter Health: Nonalcoholic Fatty Liver Disease


1788 dəfə oxunub