Helicobacter Pylori

Artıq bir neçə il əvvəl belə bir fərziyyə meydana çıxdı ki, bu bakteriya bir çox xəstəliklərin etiologiyasında iştirak edir.  Belə ki, onikibarmaq bağırsaq xorası ilə xəstələnənlərin 95%-də, mədə xorası ilə xəstələnənlərin isə 70%-də bu mikrob aşkarlanır. Mədə xorasına insanlarda çox tez-tez rast gəlinir, daim təkrarlanır yaxud sağalmayaraq xronik qastritə keçir.

Qastritlərin 3 növü var, bunlardan B tipi daha çox rast gəlinir. Bu zaman mədənin selikli qişası Helikobakter Pylori ilə zədələnir.

A-Tip və C-Tip qastritlər başqa səbələrdən yaranır (autoimmun proseslər, alkohol və s.). Helikobakter Pylori mədənin selikli qişasının mikroblarla uzun müddət qıcıqlanması və zədələnməsinə, mədə xərçəngi və ya limfa vəzlərinin xərçəngi (MALT – Limfoma) kimi müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Lakin bu məsələ hələ tam aydınlaşdırılmayıb.

Helikobakter Pylori necə aşkarlanır?

Helikobakter Pylorinin aşkarlanması üçün müxtəlif sınaqlar var. Bakteriyanın təsdiqi üçün qastroskopiya ilə götürülmüş toxuma nümunəsi (biopsiya) mikroskop altında müayinə olunur - buna Sürətli Ureaza Testi deylir. Yaxud tənəffüs testi C13 aparılır. Müvafiq şəraitdə Helikobakteriya, həmçinin, nəcisdə də aşkarlana bilər. Bundan başqa qan zərdabında mikrob əleyhinə anticismi təyin etmək olar.

Sürətli Ureaza Testi

Sürətli Ureaza Testi üçün qastroskopiya zamanı sidik cövhəri ilə zəngin biopsiya materialı indikator məhlulla birgə götürülür. Helikobakteriya Ureaza adlanan ferment ifraz edir ki, bu da ona sidik cövhərini parçalamağa imkan verir. Əgər bu ferment və onunla birgə Helikobakter Pylori toxuma nümunəsində aşkarlanarsa indikator məhlulu rəngini dəyişir. Lakin rəng dəyişməsi güclü olsa da, bu, Helikobakter Pylorinin olmasını 100% təsdiq etmir.

Buna görə də mikroskopik diqnostika ureaza sınağı ilə tamamlanır. Sürətli testin üstünlüyü ondadır ki, qastroskopiyadan sonra bir saat müddətində diaqnoz qoyula bilər.

C13 Tənəffüs sınağı

Tənəffüs testində xəstə C13 ilə işarələnmiş sidik cövhərli tam zərərsiz sınaq məhlulu içir. Infeksiya olduğu halda Helikobakteriyanın hazırladığı Ureaza sidik cövhərini parçalayır və sərbəst C13 əmələ gəlir ki, bu da nəfəsvermə havasında ölçülə bilir. Əgər mikrob yoxdursa, o zaman tənəffüs havasında C13 olmayacaq.
C13 Tənəffüs testi özlüyündə infeksiya haqqında nə isə deyir, lakin mədə və on iki-barmaq bağırsağın vəziyyəti haqqında heç bir məlumat vermir. Bu səbəbdən də bu test mədədə ağrıları olan, yaşı 40-dan aşağı olan insanlara ilkin diaqnoz kimi tövsiyyə olunur.

Tənəffüs testi Helikobakteriyanın Eradikasıon müalicəsindən sonrakı ilk 4 həftə ərzində terapevtik sağalmaya nəzatər üçün aparılır.

Mikrobu əkməklə təsdiq etmə

Mikrobun əkilməklə təsdiqi də həmçinin qastroskopiyadan sonra toxuma nümunəsindən aparılır. Çox baha başa gəlir və Helikobakteriyanın təkrar, uğursuz müalicəsindən sonra mikrobun müxtəlif dərmanlara həssaslığını müəyyən etmək üçün əhəmiyyətlidir.

HP anticismlərinin təsdiqi

HP anticismlərinin seroloji təsdiqi, yəni qanda mikrob əleyhinə anticismlərin aşkar olunması göstərir ki, orqanizm mikrobla artıq bir dəfə görüşmüşdür. Bununla belə, orqanizmin hazırda aktiv infeksiyadan əziyyət çəkdiyi haqda məlumat vermır.

Nəcisdə HP testi

Bu test də (C13 tənəffüs sınağı kimi) aparılmış müalicədən sonra terapevtik nailiyyəti qiymətləndirmək üçün istifadə olunur. Müayinə üçün noxud dənəsi boyda nəcis nümunəsi tələb olunur. Nəcisdə bakteriya antigenləri laboratoriyada təsdiq edilir.

Helikobakteriya infeksiyasına həmişə fikir vermək lazımdırmı?

Bütün Helikobakteriya infeksiyalarının əksəriyyəti yoluxmuş insan üçün, ehtimal ki, heç bir xəstəlik biruzə vermədən qalır. Bu səbəbdən də əgər xəstədə iltihab yaxud mədə və ya on iki-barmaq bağırsaq xorası əlamətləri yoxdursa, Helikobakteriya sınağının müsbət nəticəsi çox müxtəlif cür qiymətləndirilir. 

Selikli qişanın iltihabı, mədə və ya onikibrmaq bağırsq xorasından əziyyət çəkən, eyni zamanda Helikobakter Pylori infeksiyası olan xəstələr Eradikasiya müalicəsinə müraciət etməlidirlər. Eradikasiya terapiyası bakteriyanı məhv etmək, uzaqlaşdırmaq məqsədi daşıyır. Bunun üçün kombinə olunmuş şəkildə istifadə olunan bir çox dərmanlar var və müalicə 90%-dən çox hallarda müsbət nəticələnir.

Müalicə 7 gündən çox davam edir (bəzi hallarda hətta 14 gün) və mədə şirəsi ifrazını tormozlayan dərmanla (bu, proton nasosu inhibotoru adlandırılır) iki antibiotikin kombinasiyasından ibarət olur. Bu müalicənin əks effekti nadir halda rast gəlinir, bu, ilk növbədə ürəkbulanma və qusma, mədə-bağırsaq şikayətləri, həzmin pozulması, baş ağrıları, qanın klinik şəklinin dəyişməsi və allergik reaksiyalardan ibarət ola bilər.


3410 dəfə oxunub