Alanin Amino Transferaza /ALAT/

Sinonim: Glutamic-pyruvic transaminase (GPT)

 

 

ALAT- Amin qrupunu Alanin amin turşusundan alfa-keta qlütar turşusuna katalizə edən fermentdir. Qaraciyər, ürək  və skelet əzələlərində geniş yayılmışdır. Az miqdarda mədəaltı vəz, dalaq və ağciyərlərdə mövcuddur. Ürək əzələsində miqdarı ASAT –la müqayisədə olduqca azdır. Qaraciyər hüceyrələrində yüksək konsentrasiyalarda mövcudluguna gorə ALAT qaraciyər – spesifik enzim hesab olunur. Bu qaraciyər xəstəliklərinin təsdiqlənməsində xüsusi əhəmiyyət kəsb edir. Qadınlarda fermentin aktivliyi kişilərə nisbətən aşağıdır.

 

Miqdarı artır:  Virus hepatitləri ( Sarılıq üzə çıxanadək 1000 U/l qədər), xronik persistəedici hepatitlər (50-90 U/l), Xronik aktiv hepatitlər (100 U/l dən yüksək), qaraciyər sirrozu (50-100 U/l),  obstruktiv sarılıq, qaraciyər zəhərlənməsi, qaraciyər koması ( 150000 U/l), qaraciyər şiş və metastazları, xolesistit, xolanangit, leptospiroz, infeksiyon mononukleoz, pankreattit, ürək çatışmazlığı, porfiriya, ağır yanıqlar, Miozit, Miodistrofiya, Xroniki alkoqolizm.

 

Miqdarı azalır:  Qaraciyərin agır zədələnmələrində ( massiv nekroz, ağır sirroz),Vitamin B6 çatışmazlığı.

 

Material: serum


Vahid: U/l


Norma: 

Kişi           10-50

Qadın        10-35
Uşaq

 

 

Klinik əhəmiyyəti: Kəskin virus hepati A zamanı ALAT və ASAT sarılığın yaranmasından 10-15 gün əvvəl, Hepatit B zamanı isə bir neçə həftə öncə yüksəlməyə başlayır. Virus hepatitlərinin tipik gedişlərində xəstəliyin 2-ci, 3-cü həftələrində ALAT maksimum həddə çatır. Xəstəliyin xoş gedişatında 30-40 sutka sonra ALAT-ın, 25-35 sutka sonra ASAT-ın aktivliyi normallaşır. Bu fermentlərin aktivliyinin daha uzun müddət yüksək olması  xəstəliyin xronikiləşməsinin, həmçinin təkrari və ya proqressiv artışlar yeni nekroz və ya residivin göstəricisidir.


Qaraciyərin ağır zədələnmələrində fermentin qanda miqdarınn azalması və ya artmaması ALAT sintez edən hüceyrələrin sayının azalması ilə əlaqədardır.

 

Qeyd:  ASAT və ALAT-ın qanda eyni zamanda təyin edilməsi patoloji prosesin lokalizasiyası və dərinliyi haqqında informasiya daşıdığından daha çox klinik əhəmiyyət kəsb edir. Belə ki, normada ASAT/ALAT nisbəti ( Ritis Əmsalı)1,33-dir. Ürək xəstəliklərində bu nisbətin yüksəlməsi, qaraciyər xəstəliklərində isə kiçilməsi müşahidə olunur.

 

 

 


3672 dəfə oxunub