ASAT

Aspartat Amino Transferaza /ASAT/
Sinonim: Glutamic-oxaoacetic transaminase (GOT)

ASAT- Amin qrupunu Aspargin amin turşusundan alfa-keta qlütar turşusuna katalizə edən fermentdir.  Ürək  əzələsi, qaraciyər, və skelet əzələlərində geniş yayılmışdır.  Həmçinin Böyrək, mədəaltı vəzi, agciyər v s rast gəlinir. Mİtoxondrial və sitoplazmatik izofermentləri mövcuddur. 30%-i stoplazmada, 70-%-i mitoxondrilərdə toplanır.  Fermentin qanda normadan yüksək  tapılması hüceyrə strukturunun dəyişilməsi və  ya zədələnməsini göstərir.

Miqdarı artır: Miokard infarktı, Stenokardiyanın ilk sutkası, Kəskin virus hepatitləri (400- 1000 U.l). Kəskin revmokardit, Agciyər arteriyasının trombozu, Skelet azələrinin travması, Miopatiya, Kəskin pakreatit, Xolestaz

Miqdarı azalır: Qaraciyərin dağılması, Vitamin B6 defisiti

Material: Serum
    Vahid:  U/l
  Norma:  Kişi         10-50
               Qadın        10-35
               Uşaq

Klinik əhəmiyyəti: Miokard infarktidan 6-8 saat sonra  ASAT-in qanda miqdarı  yüksəlməyə başlayır, 24-36 saat ərzində maksimal həddə çatır, 5-6-ci günə normal miqdara enir. Ürək xəstəliklərində miqdari 2-20 dəfə yüksələ bilər.

Qeyd:  ASAT və ALAT-  ın qanda eyni zamanda təyin edilməsi patoloji prosesin lokalizasiyası və dərinliyi haqqında informasiya daşıdğından daha cox klinik əhəmiyyət kəsb edir. Belə ki, normada ASAT/ALAT nisbəti ( Ritis Əmsalı)1,33-dir. Ürək xəstəliklərində bu nisbətin yüksəlməsi, qaraciyər xəstəliklərində isə kiçilməsi müşahidə olunur.

 

 

 


1501 dəfə oxunub