Albumin, qanda /ALB/

Albumin qanda olan ümumi zülalın 60%-ni təşkil edir.  Qaraciyərdə sintez olunur (15 q/sutka), yarımparçalanma dövrü 17-20 sutkadır. Plazmanın onkotik təzyiqinin 65-80%- i albuminin sayəsindədir. Keyfiyyət və kəmiyyətcə miqdarı dəyişilə bilər. Albuminin tərkibinin homogenliyi ilə əlaqədar olaraq keyfiyyət dəyişiklikləri çox nadir müşahidə olunur.
 
Miqdarı artır (Hiperalbuminemiya):
Dehidratasiyalar (ağır travma, böyük yanıqlar, vəba və s zamanı)

Miqdarı azalır (Hipoalbuminemiya): Birincili ( yenidğulmuşlarda qaraciyər hüceyrələrinin inkişaf etməməsi- idiopatik), İkincili ( Qaraciyərin xroniki xəstəlikləri, Ümumi zülalın miqadrının azalmasına səbəb olan bütün xəstəliklər)

Material: Serum
Vahid: mg/dl
Norma: 3200-5500

Qeyd:  Albuminin miqdarının 2200-2400 mg/dl-ə düşməsi ağciyərlərdə ödemin yaranmasına səbəb olur.

 


1854 dəfə oxunub