CA 12-5

CA 12-5 /CA125/

 

CA 12-5 ( karbohidrat antigeni 12-5) plazmada tapilan yüksək molekulyar çəkili (1000 kDalton) qlikolipid və ya qlikoproteindir. Ovarial karsinomanın aşkarlanması və müalicənin monitorinqi üçün faydalıdır.

Material: Serum
Vahid: U/ml
Norma: >35

Miqdarı artır: Yumurtalıq karsinoması, Süd vəzisi CA, qatrointestinal CA, ağciyər CA, plevral mezotel, pankreatik adenokarsinoma, pankreatit;Endometrioz, ovarial kista, ovarial metaplaziya, uşaqlıq boynu iltihabı, hamiləlilk (1ci trimestr), perikardit, sirroz, peritonal xəstəliklər.
- CA 125 1% hallarda praktiki sağlam insanlarda assitdə serumda oldugundan yüksək ola bilir.

Klinik əhəmiyyəti: Yumurtalıq karsinomasında (1ci marker), pankreas karsinomasında (CA 19-9-a əlavə 2ci marker) olaraq yoxlanılır. Qadınlarda, xüsusilə 55 yaşdan yuxarı  CA125-in normadan 2 dəfə çox yüksəlməsi birmənalı yumurtalıq xərçənginin göstəricisidir. Yumurtalıq və endometrium xərçəngi zamanı markerin  miqdarının aşağı enməsi müalicənin effektivliyinin göstəricisidir.

Qeyd:  Normada döldə və yaşlılarda traxeya, bronx, alveolyar epiteli, traxeal və bronxial vəzilərdə tapıla bilər.
 


481 dəfə oxunub